Metropolitenin “İnşaatçılar” stansiyasında siqaret çəkən polis cəzalandırılacaq.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin rəis əvəzi mayor Əliyevin bildirdiyinə görə, yayılan foto ilə bağlı onlarda da məlumat var:
“Dediyiniz fotodan bizim də xəbərimiz var. Bu hal barəsində daxili nizamnaməyə uyğun olaraq tədbir görüləcək”.
Qeyd edək ki, polis əməkdaşlarının metroda siqaret çəkməsi ilə bağlı bu günə qədər bir neçə foto yayılıb.