Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya L.Yunusun həyat yoldaşı Arif Yunus məlumat verib.
O, L.Yunusun tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanıldığını deyib:
“Saat 11:45-də tədbirə gedərkən yanında bir maşın dayandı. Onu arxa tərəfdə əyləşdirdilər. İki nəfər yanında bir nəfər isə sürücünün yanında oturdu, sürüb getdilər. Hazırda telefonuna zəng çatmır”.
A.Yunus hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların mənzilinə gələrək qapını döydüklərini də bildirib.