Daxili İşlər Nazirliyinin əməkdaşı piyadanı vurub.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, A.Neymətulla küçəsində bir neçə gün öncə baş verib.
Bakı sakini 1986-cı il təvəllüdlü Samirə Xangəldiyeva yolu qaçaraq keçən zaman DİN-in Baş Mühafizə İdarəsinin işçisi 1990-cı il təvəllüdlü Azər Mehdiyevin idarə etdiyi BMİ-yə məxsus Toyota markalı avtomobillə vurulub.
Piyada xəstəxanaya müraciət etməyib.
E.Ə.
www.oxu.az