Moskvanın “Spartak” futbol komandasının idarə heyətinin sədri və əsas səhmdarı Leonid Fedun klubun rəhbərliyinə 25 yaşlı erməni yarımmüdafiəçi Aras Ozbiliz və 27 yaşlı hücumçu Yura Movsisyan üçün yeni komanda tapmaq barədə göstəriş verib.
Oxu.Az xəbər verir ki, “İzvestiye”nin məlumatına əsasən, bundan sonra “Spartak” futbolçularının arendası və transferi üçün bütün təkliflərə açıqdır.
Xatırladaq ki, həftənin əvvəlində mətbuatda guya ki, Aras Ozbiliz verdiyi və “Spartak”ın baş məşqçisi Murat Yakinin imicinin əksinə yönəlmiş müsahibə çıxıb. Yarımmüdafiəçi guya, İsveç mütəxəssisinin onu ikinci komandaya keçirməsi haqqında qərarın, 24 aprel – “ermənilərin soyqırımı”nın ildönümündə verdiyini bildirib, bu qərarın səbəbi isə türk kökü olan məşqçinin erməni millətinə qarşı olan qərəzidir. Amma sonradan məlum olub ki, Ozbiliz müsahibə zamanı belə bir şey deməyib, bunu həm futbolçunun özü, həm də oyunçunun keçmiş agenti Dmitri Selyuk təsdiq edib.
25 turdan sonra Rusiya çempionatında Moskva “Spartak”ı turnir cədvəlində 6-cı yerdədir və aktivində 42 xala sahibdir.