Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldılar
Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunublar.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
"Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib", - deyə məlumatda qeyd edilib.
Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alınıb - DİN-dən AÇIQLAMA
- Qazaxda evə basqın edən 64 yaşlı kişi saxlanıldı
- İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs HƏBS EDİLDİ
- Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb
- Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı - Bakıdakı qəzanın ANBAAN VİDEOSU