Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Naxçıvanda qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb
Naxçıvanda 8 ünvanda qurbanlıq heyvanların satış və kəsimi həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi (NQTA) məlumat yayıb.
Agentlikdən bildirilib ki, iyunun 16-17-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublikada 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Bu yerlərdən beşində həm kəsim, həm satış, ikisində qurbanlıq heyvanların satışı, birində isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
"Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər", - deyə məlumatda qeyd olunub.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Azərbaycana gətirilən 24 ton banan məhv edildi
- AQTA-nın Bakı Regional bölməsinin rəisi öz xahişi ilə vəzifəsindən azad edilib
- Gəncədə bir ailənin beş üzvü ZƏHƏRLƏNDİ: Araşdırmalara başlanılıb
- Türkmənistandan Azərbaycana gətirilən pomidorda virus aşkarlandı
- Lüks görünüş, antisanitar mətbəx: Bakı restoranlarının qaranlıq üzü