Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Diqlas” sökülür
“Diqlas” ticarət mərkəzi sökülür.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Bildiririk ki, mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” Ticarət Mərkəzi söküləcək”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, martın 26-da ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.
Martın 28-də prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
Martın 29-da İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq üç milyon manat ayrılıb.
İlhamə Əbülfət