Azərbaycan paytaxtı ərazisində ən çox yol-nəqliyyat hadisəsi baş verən prospektlərin adları açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, 2013-cü ildə Bakı şəhərində 1011 yol qəzası baş verib. Nəticədə 342 nəfər ölüb, 1000 nəfər xəsarət alıb.
Ötən il baş verən hadisələrin əksəriyyəti həftənin birinci günü və şənbə-bazar günlərinin axşam saatlarında qeydə alınıb. Qəzaların əksəriyyəti saat 13.00 dan 18.00-a qədər və 20.00-dan 24.00-a qədər olan müddətlərə təsadüf edib.
Qəzalar əsasən paytaxtın “Heydər Əliyev”, “Nobel”, “Azadlıq”, “Qara Qarayev”, “Ziya Bünyadov” prospektlərində qeydə alınıb.