Bakının Nərimanov rayonu ərazisində 29 yaşlı qız itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə qızın yaxınları ANS PRESS-ə məlumat veriblər.
Verilən məlumata görə, 29 yaşlı Xuraman Əhməd qızı Nəsirova oktyabrın 13-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Xuraman Nəsirova səhər saatlarında evdən çıxıb.
Onun əynində qırmızı kofta, qara şalvar olub. Onun boyu 155 sm-dir.
Xuraman Nəsirovanın ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qızın yoxa çıxması ilə bağlı Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinə məlumat verilib. Bölmədən verilən məlumata görə, qızın axtarışları davam etdirilir.
Xuraman Nəsirovanı görənlərdən Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinə müraciət etmələri xahiş olunur.