Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Dizə qədər olan suda da təhlükə var" - Hansı ərazilərdə çimmək olmaz?
2024-cü ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 nəfərin müraciəti qeydə alınıb.
Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub. Onlardan 11 nəfər xəstəxanaya təxliyə edilib, 6-na yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb. Bəs bu qədər insanın dənizdə batmasının səbəbi nədir?
Fövqəladə Hallar Nazirliyi (FHN) təhlükəli ərazilərin siyahısını təqdim edib.
"Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres", Nardaran qəsəbəsində "12-ci dalan", "Yaxt klub", "Estekada" deyilən ərazi, Nardaranla Bilgəh qəsəbəsi arasında yerləşən, el arasında "Rus çimərliyi" kimi tanınan və 10-a yaxın nəzarətsiz ərazi, eləcə də Goradil və Novxanı qəsəbələri arasındakı "Sarı Qaya", Qaradağ rayonundakı "Mayak" deyilən ərazi xüsusi təhlükəli ərazilər kimi qiymətləndirilib", - deyə qurumdan bildirilib.
"Şimal Qres" deyilən ərazidə keçirilən sorğu nəticəsində məlum olub ki, burada çimməyin qadağan olunduğu ilə bağlı sakinlərə xəbərdarlıq edilmir.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər