Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünyanın ən yaxşı tennisçisi Olimpiadada iştirak etməyəcək
Dünyanın bir nömrəsi Yannik Sinner "X" sosial şəbəkəsində (keçmiş "Twitter") xəstəliyi səbəbindən Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, 22 yaşlı italiyalının sözlərinə görə, Oyunlara hazırlığın ilk həftəsi yaxşı keçib, lakin sonra özünü pis hiss edib və nəticədə həkim ona zökəm diaqnozu qoyaraq Parisə getməməyi tövsiyə edib.
Sinner qeyd edib ki, Olimpiada onun mövsüm üçün əsas məqsədlərindən biri olub, ona görə də çox məyusdur.
Xatırladaq ki, Olimpiadada tennis turniri iyulun 27-dən avqustun 4-dək keçiriləcək.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
Ən çox oxunanlar