Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ekspert: "Çörək 30 qəpiyə satıla bilər"
"Çörəyin qiyməti xeyli azala bilər".
Bunu "Qaynarinfo"ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Ekspert Azərbaycanda un və buğda idxalı, çörəyin bişirilməsi və sairin bir-birinə bağlı seqment olduğunu bildirib:
"Ona görə də çörəyin qiymətinin enməsi üçün zəmin var. Amma buna gediləcəkmi? Yox. Ona görə ki, bazarın bu seqmentində rəqabət yoxdur".
A.Nəsirli hesab edir ki, çörəyin qiymətinin enməsi ancaq hökumətin təzyiqi ilə reallaşa bilər:
"Məsələ burasındadır ki, son olaraq yanacağın bahalaşmasından sonra çörəyin qiymətində artımlar müşahidə olunur. Çörəyin daşınmasında yanacaqdan istifadə edilir, çörək məhsulları avtomobillərlə daşınır. Anbarlara un və buğdanın daşınması da yanacaqla icra edilir. Çörəyin, unun qiymətinin maya dəyərində müəyyən qədər bahalaşma var. Amma bu, cüzi bir artımdır. Hazırda zavod çörəyinin maya dəyəri təxminən 20 qəpik ətrafındadır. Səhv etmirəmsə, 45 qəpiyə də satılır. Bu qiymət maya dəyərindən iki dəfə bahadır. Bu belə olmamalıdır. Çörək 30 qəpiyə satıla bilər".
Rəylər