Bakıda dünən doğuş zamanı dünyasını dəyişmiş qadının hadisənin həkimlərin səhvi üzündən baş verdiyini bildirirlər.
Oxu.Az xəbər verir ki, ANS PRESS-ə müraciət edən həkim Cavid Musazadə “Astoriya” Tibb Mərkəzində dünyasını dəyişmiş qadının qardaşı arvadı oluğunu bildirib.
“Dünyasını dəyişən qadın Bakı şəhər Lökbatın qəsəbəsində qeydiyyatda olan, 1984-cü il təvəllüdlü İlahə Musazadədir. O, doğuşdan əvvəl dünyasını dəyişib. Ona iynə vuraraq epidural anestiziya eləmək istəyiblər. Amma qadın şoka düşüb və dünyasını dəyişib”,- deyə Cavid Musazadə vurğulayıb.
Onun sözlərinə görə, hadisə zamanı İlahə Musazadənin körpə qızını xilas etmək mümkün olub.
Xatırladaq ki, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-“Astoriya” Tibb Mərkəzində baş verib.
Rəylər