Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.
1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.
Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
S.B.
www.oxu.az