Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dönərdən zəhərlənən şagirdin anası: “Elə bildim ki, oğlum ölür” - FOTO
“Elə bildim ki, övladım ölür”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün dönərdən zəhərlən 149 saylı məktəbin şagirdi Vahid Həsənzadənin anası Xəyalə Quliyeva deyib.
Onun sözlərinə görə, övladının halı evə gələn kimi pisləşib:
“Övladımın 15 yaşı var. Heç vaxt buradan dönər almırdı. Dünən alıb. Buranı ilk dəfədir ki, görürəm. Uşaq məktəbdən çıxanda alıb yeyib. Həmişə deyirdim ki, yaxşı yerdən al. Oğlum evə gələn kimi yıxıldı. Elə bildim ki, uşağım ölür. Şikayətçiyəm. Gecə 2-də evə gətirmişik. Xəstəxanaya gec çatsaydıq, uşağım öləcəkdi. Saniyə söhbəti oldu. Həkim dərman yazıb. Hazırda yaxşıdır”.
Daha çox şəkil burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər