Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə 4 yaşlı uşağın ölüm SƏBƏBİ BİLİNDİ
"Martın 10-da saat 9:30-da 2021-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, həkim müayinəsində olan azyaşlı zəruri müayinələrdən keçirilib:
"Vəziyyəti ağır olan azyaşlıya pnevmatoraks (Ağciyərlərdən havanın plevra boşluğuna keçməsi) diaqnozu təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 15:40 radələrində ölüm faktı qeydə alınıb. Ölümünün ilkin səbəbi kimi spontan gərginlik pnevmatoraks, ürək-ağciyər çatışmazlığı qeyd olunur".
Aləmdə Nəsib
Gəncədə dörd yaşlı uşaq vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə Gəncə şəhəri 2 sayılı Uşaq Xəstəxanasında qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Ona həkimlər tərəfindən tibbi yardım göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.