Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dövlət agentliyi sürücüləri Bakı-Qazax yolunda diqqətli olmağa çağırıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə sürücülərə çağırış edib.
Oxu.Az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən iki ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə ikən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
"Yollarda hərəkətin məhdudlaşdırılması" teqi üzrə xəbərlər
- Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir neçə yolda təmir işləri aparılır
- Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- Sabah Bakıda bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
- Bu xəbərləri qaçırmayın: 06.11.2024-ün ən mühüm hadisələri
- Bakıda bəzi yollar yeddi gün bağlı olacaq: 30-dan çox marşrutun hərəkət istiqaməti dəyişdirilir