Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət büdcəsində təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsaitin həcmi məlum olub
Gələn il üçün dövlət büdcəsində təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat istiqamətlərinə ayrılması nəzərdə tutulan vəsaitlərin həcmi dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, təhsil sahəsinə 4 milyard 946 milyon 73 min 190 manat, səhiyyə sahəsinə 1 milyard 999 milyon 438 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 811 milyon 769 min 907 manat vəsait ayrılması nəzərdə tutulmuşdu.
Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, təhsil sahəsinə 4 milyard 937 milyon 283 min 246 manat, səhiyyə sahəsinə 1 milyard 993 milyon 578 min 359 manat, sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730 min 807 manat vəsait ayrılacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir"
- Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
Rəylər