Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Səbail rayonunda Mehdi Hüseyn küçəsi 1 ünvanında qeydə alınıb.
Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü, Ağalar Əflatun oğlu Ağalarlı özünü ağacdan asaraq intihar edib.
Qeyd edək ki, A. Ağalarlı Dövlət İdarəçilik Akademiyasının birinci kurs tələbəsidir.