Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.
Bu barədə Dövlət Komissiyasından Oxu.Az-a bildirilib.
“Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı 9 fevraldan 9 mart saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 9 fevraldan 29 fevral saat 17:30-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər”, - deyə Dövlət Komissiyasından bildirilib.
Müraciət forması Komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə (müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Ülviyyə R. Əli
www.oxu.az