Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Üçüncü şahmat super turnirinin keçirilməsi böyük sual altındadır.
Oxu.Az xəbər verir ki, maliyyə problemləri ilə əlaqədar “Memorial-2016” baş tutmaya bilər.
İlk iki turnir 2014-cü və 2015-ci illərdə Şəmkirdə keçirilib. Yarışlarda çox güclü iştirakçı heyəti toplanmışdı.
Şəmkirə norveçli dünya çempionu Maqnus Karlsen gəlmişdi.
F.H.
www.oxu.az