Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dövlət sərhədini pozmağa cəhd göstərən altı əcnəbi saxlanılıb
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 2-də bir nəfər İran İslam Respublikası, oktyabrın 4-də iki nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər Pakistan İslam Respublikası vətəndaşı və oktyabrın 7-də "Naxçıvan" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Körpələr evindən oğurluqda ittiham olunan keçmiş baş həkim DSX hospitalında İŞƏ DÜZƏLİB?
- DSX hərbçisi QƏZAYA DÜŞDÜ - Hadisə yerindən GÖRÜNTÜLƏR
- Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıblar
- Azərbaycana qanunsuz giriş etmək istəyən 27 şəxs saxlanılıb: Onlarla kiloqram narkotik aşkarlanıb
- Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Rəylər