Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanıldılar
Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 6 nəfər sərhəd pozucusu saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aprel ayının 12-də "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində bir nəfər (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Rusiya Federasiyası istiqamətində isə dörd nəfər Pakistan İslam Respublikası vətəndaşı (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) , "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində bir nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Üç hərbçini öldürən Elxanın cinayət işi: Dəhşətli hadisəyə səbəb çəkilən VİDEO olub
- DSX-nın hərbi qulluqçusu intihar edib
- Dövlət sərhədini pozmağa cəhd olundu: Bir nəfər zərərsizləşdirildi, saxlanılanlar var
- Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
- İrandan Azərbaycana PUA ilə külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı