Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DSX-nın hərbi qulluqçusu intihar edib
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Novruzov Rəhim Zeynal oğlunun özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, fakt əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.
Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasından bir il ötür
- Arazı üzərək Naxçıvana keçib - İrana gedən Elminin başına gələn İLGİNC HADİSƏLƏR
- Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı niyə azalıb? - Deputat AÇIQLADI
- Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
- İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı