Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus altı "C-130E" hərbi-nəqliyyat təyyarəsinin Pakistana göndərildiyi iddia olunur.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Flightradar" xidməti məlumat yayıb.
İddiaya görə, Türkiyənin Pakistana göndərdiyi təyyarələrdə PUA-lar, silahlar və raketlər olub.
Xəbər rəsmi şəkildə təsdiqlənməyib.
Pakistanlı rəsmilər isə: "Türkiyə sakit, amma güclü dəstək göstərir", - açıqlamasını veriblər.
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisindəki cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar. Hücum nəticəsində 26 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan Əfqanıstanın "Müqavimət Cəbhəsi" qruplaşması öz üzərinə götürüb.
Bu hadisənin fonunda Pakistan və Hindistan arasında münasibətlər kəskinləşib. Hindistanın 65 illik su müqaviləsini ilk dəfə olaraq dayandırması isə iki nüvə dövləti arasında gərginliyi artırıb. Pakistan rəsmiləri bunu "su müharibəsi" adlandırırlar.