Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Serj Sarqsyandan etiraf: "Şuşa əməliyyatında Robert Koçaryan özü də iştirak edirdi"
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qeydləri yer alan videomaterial tədqiq edilib.
Oxu.Az xəbər verir ki, S.Sarqsyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirib. O deyib:
"Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Koçaryan özü iştirak edirdi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Ermənilərin hərbi cinayətləri" teqi üzrə xəbərlər
- Zərərçəkmiş: "Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi"
- Ermənistan ordusu tərəfindən Başlıbel əhalisinin məhvinin şahidi olanlar məhkəmədə ifadə veriblər
- Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsirlərə işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
- Zərərçəkmiş: "Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar"
- Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını göstərən videomaterial nümayiş etdirilib