Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pekin Trampın iddiasını təkzib etdi
Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın tarif məsələsi ilə bağlı Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə danışıq aparmasına dair iddianı təkzib edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun çıxış edib.
"Mən bildiyim qədəri ilə iki ölkənin dövlət rəhbərləri arasında son vaxtlar telefon danışığı olmayıb. Bir daha qeyd etmək istərdim ki, Çin və ABŞ tariflərlə bağlı heç bir məsləhətləşmələr və ya danışıqlar aparmayıblar", - deyə Çin rəsmisi bildirib.
Xatırladaq ki, ABŞ prezidenti bir neçə gün əvvəl "Time" jurnalına verdiyi müsahibədə bəyan edib ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ona zəng edərək Vaşinqtonun tətbiq etdiyi ticarət rüsumlarını müzakirə edib.
"Si Cinpin" teqi üzrə xəbərlər
- Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilib
- Rusiya qırıcıları Si Cinpinin təyyarəsini müşayiət ediblər
- Prezident İlham Əliyevin Çin səfəri dünya mediasının diqqətində - Bizdən nə danışırlar?
- Lu Mey: "Prezident İlham Əliyev artıq 7 dəfə Çinə səfər edib"
- Si Cinpin süni intellektin risklərini açıqladı - Çin dünya liderliyinə hazırlaşır