"Bakı məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında bildirib.
The decision of the Baku court regarding oligarch Ruben Vardanyan represents not only the delivery of justice, but also the symbolic and logical conclusion of the past nearly 30-year conflict that brought immense suffering to the Azerbaijani people.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 19, 2026
By advancing a unique…
"Azərbaycan münaqişənin həlli istiqamətində unikal bir hərbi-siyasi həll modeli irəli sürərək və münaqişə sonrası sülh gündəmini başladaraq, Bako Saakyan, Arayik Arutyunyan, Ruben Vardanyan və digərləri də daxil olmaqla müharibə və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edib.
Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində verilən məhkəmə qərarları bu faciənin və ümumilikdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin hörmət xarakteri daşıyır", - deyə Hikmət Hacıyev bildirib.
H.Hacıyev daha sonra vurğulayıb:
"Azərbaycan dövləti Nürnberq prosesi, keçmiş Yuqoslaviya və ya Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı kimi tribunalların və ya beynəlxalq məhkəmələrin yaradılmasını gözləyirdi. Lakin günümüzün ədalətsiz beynəlxalq mühitində hüququn tətbiqi belə, getdikcə siyasiləşmiş və ikili standartlara məruz qalıb. Buna görə də Azərbaycan dövləti açıq məhkəmə prosesləri təşkil edib, öz hüquq sistemi vasitəsilə ədaləti təmin edərək beynəlxalq ictimaiyyətə nümunə olub.
Lakin Avropa Parlamentinin bəzi üzvləri və "Amnesty International" kimi qurumlar da daxil olmaqla müəyyən dairələrin, ağır hərbi cinayətlərdə ittiham olunan şəxslərin azad edilməsinə çağırış etmələri son dərəcə qeyri-etik addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev "France 24" telekanalına verdiyi müsahibədə bu məsələyə toxunaraq vurğulayıb:
"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin... Onların törətdikləri cinayətlər İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pisdir".
Cinayət törədildiyi yerdə məsuliyyət də olmalıdır ki, ədalət tam şəkildə yerini tapsın. Hərbi cinayətlərdə ittiham olunan bir şəxsə bəraət verilməsi bu cinayətləri legitimləşdirmək və cəzasızlığa şərik olmaq deməkdir. Ədalət olmadan davamlı sülh və etnik barışıq təmin oluna bilməz.
Azərbaycan regional sülh gündəliyinin irəliləməsi və möhkəmləndirilməsi üçün qətiyyətli səylərinə davam edəcək".