"Qarabağ"ın keçmiş futbolçusu, fransalı Abdullah Zubir klubsuz qalıb.
Oxu.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Zubirin Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayıb.
Klubdan futbolçuya bildirilib ki, Səudiyyə Pro Liqası maliyyə zəmanətinin olmaması səbəbindən onun müqaviləsini təsdiqləməyib və bu səbəbdən o, yeni komandasının heyətində bu mövsüm çıxış edə bilməyəcək.
34 yaşında olan Zubir hazırda yeni kluba keçmək üçün azad agent statusuna malikdir.
Xatırladaq ki, "Qarabağ"la müqaviləsinə xitam verildikdən sonra Zubir Azərbaycandan ayrılaraq "Əl-Uruba" ilə müqavilə imzalamışdı. Lakin Səudiyyə klubu vingerin müqaviləsini rəsmi qeydiyyatdan keçirə bilməyib.