Bakının Sabunçu rayonunda obyektlərin birində güclü yanğın məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bakının Sabunçu rayonunda obyektlərin birində güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-dən bildirilib ki, Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə qaynar xəttə ilkin məlumat daxil olub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.