İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri ABŞ-yə məxsus müasir "Dive-LD" avtonom sualtı aparatını ələ keçirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin bəyanatında deyilir.
"ABŞ ordusunun ən müasir intellektual pilotsuz sualtı aparatlarından biri Hörmüz boğazının girişində ələ keçirilib", - açıqlamada bildirilir.
Qeyd olunur ki, "Dive-LD" avtonom sualtı pilotsuz aparatı 2025-ci ildən ABŞ donanmasına tədarük edilməyə başlayıb.
Qaynar xətt:
(055) 224 12 12