Almaniya vitse-kansleri Lars Klinqbeyl aktiv istirahət edərkən ciddi travma alıb. Siyasətçi velosipeddən yıxılıb və dizindəki çarpaz bağları qırıb.
Oxu.Az xəbər verir ki, bu məlumatı partiya rəsmilərinin bəyanatlarına əsasən "Stern" nəşri yayımlayıb.
Almaniya Sosial Demokrat Partiyasının (SDPG) lideri üçün mövcud olan çətin vəziyyət meşə trasındakı bu xoşagəlməz hadisə ilə bir qədər də mürəkkəbləşib. Hadisə o, yarış velosipedində gəzintidə olarkən yaşanıb.
Siyasətçinin sözçüsü qeyd edib ki, Klinqbeyl daşın üzərindən keçərkən tarazlığını qoruya bilməyib. Vitse-kanslerin Bundestaq binası önündə görüntüləndiyi fotoşəkil sosial mediada paylaşılıb. Onun sağ ayağındakı xüsusi dəstəkləyici sarğı diqqət çəkir.
Beləcə, maliyyə naziri böyük idmanla vidalaşıb.
