Əməkdar artist Firuzə İbadova əməliyyat olunub.
Bu barədə Oxu.Az-a onun qızı Hülya Qasımova məlumat verib.
O qeyd edib ki, əməliyyat ötən gün özəl xəstəxanaların birində reallaşıb.
H.Qasımova anasının nədən əməliyyat olunduğunu açıqlamaq istəməyib.
"Bu barədə nəsə demək istəmirəm. Elə bir şeydir ki, onu açıqlamağın mənası yoxdur. Bir az ciddi problemləri var idi. Yoxlanmaq üçün həkimə getmişdik, yoxladılar dedilər təcili əməliyyat olunmalıdır. Dünən əməliyyat olunub. Özəl xəstəxanadadır. İndi, şükür Allaha, yavaş-yavaş düzəlir", - deyə H.Qasımova bildirib.
Qaynar xətt:
(055) 224 12 12