İsveçrənin Tiçino kantonunun Piotta bölgəsində yerləşən "Ritom" su elektrik stansiyasında (SES) partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "20 Minuten" nəşri məlumat yayıb.
Hadisə nəticəsində stansiyanın binasının bir hissəsi uçub. İki nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir.
Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil. Kütləvi informasiya vasitələrinin məlumatına görə, ehtimallar arasında istismara verilməzdən əvvəl sınaqlar zamanı transformatorda yaranan problem də var.
Stansiyanın yaxınlığında xüsusi xidmət orqanlarının genişmiqyaslı əməliyyatı davam edir. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və "Rega" xilasetmə helikopteri cəlb olunub. Polis stansiyanın ərazisini mühasirəyə alıb.
Həmçinin hadisənin hazırda fəaliyyət göstərən köhnə, yoxsa yaxınlıqda inşa edilən və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni stansiyada baş verdiyi bəlli deyil.