Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş vermiş faciə nəticəsində ölənlərdən biri agentlik əməkdaşı olub.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, əyləncə qurğusunun trosunun qırılması nəticəsində vəfat edən 27 yaşlı Ucal Bayramov DOST Agentliyində işləyib.

Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verən faciə ilə bağlı detallar məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qurğunun trosunun qırılması zamanı həlak olanlardan biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur.
Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.
Həlak olan şəxsin fotosunu təqdim edirik:

"Şəki Yaylası" istirahət mərkəzində faciəli şəkildə ölənlərin kimliyi məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.
İlkin məlumata görə, faciə Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Sentyabrın 8-də, saat 14:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, "Şəki Yaylası" istirahət mərkəzindən çağırış qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
"Şəki yaylası"nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Əsəbi zəif olanlar izləməsinlər:
İlkin məlumata görə, hadisə bu gün baş verib.
Hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.