Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır
Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış daha bir epizod üzrə məhkəmə araşdırmasına start verilir.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, bu dəfə "N" saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu mühakimə ediləcək.
O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.
İşə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.
İlk iclas fevralın 28-i keçiriləcək.
"Mənimsəmə (israf etmə) cinayəti" teqi üzrə xəbərlər
- Aqrar İnnovasiya və Təchizat şirkətində yoxlama: İşçinin 100 minlik yeyintisi AŞKARLANDI
- Həbs edilən polkovnik-leytenanta qarşı yeni ittihamlar irəli sürülüb
- İki milyon manatlıq mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxslərə hökm oxunub
- "Formula-1"ə ayrılan pulları mənimsəyən Çingiz Mehdiyevə hökm oxundu
- "Formula-1"də 400 min manatı mənimsəməkdə təqsirləndirilən Çingiz Mehdiyevə yeni cəza istənildi