Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Alsunun bakılı keçmiş əri ilə məhkəmə çəkişmələri: Müğənni Abramovla bağlı məhkəmədən nə tələb edib?
Məşhur rusiyalı müğənni Alsu keçmiş əri, Bakıda anadan olmuş iş adamı Yan Abramovla məhkəmə çəkişmələrini davam etdirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "StarHit" nəşri məlumat verib.
Məlumata görə, bir müddət əvvəl Alsu keçmiş ərinin Rusiyadan çıxışına qadağa qoyulmasını tələb edib və birgə əldə etdikləri əmlakın bölünməsi ilə bağlı iddiaya yeni daşınmaz əmlaklar əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin yayında Moskvanın Savelovski Rayon Məhkəməsi keçmiş ər-arvad arasında əmlakın bölünməsi işi üzrə qərar çıxarıb, lakin Alsu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bu günlərdə Moskva Şəhər Məhkəməsi müğənninin Abramovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatətini təmin etməkdən imtina edib, çünki bunun üçün kifayət qədər əsas görməyib.
Eyni zamanda, məhkəmə, ər-arvadın 2023-2024-cü illər arasında əldə etdikləri və üçüncü şəxslərin adına qeydiyyata alınmış 10 daşınmaz əmlaka həbs qoyulması məsələsində Alsunun tərəfini tutub. Əmlakların arasında sahəsi 652 kvadratmetr olan bağ evi, 4 hektar torpaq sahəsi və bir neçə yaşayış sahəsi var. Müğənni israr edir ki, bu əmlaklar bölünəcək olan əmlak siyahısına daxil edilsin.
Xatırladaq ki, Alsu və Yan Abramov 18 il evli olublar və üç uşaq böyüdürlər: 17 yaşlı Safina, 16 yaşlı Mikella və 7 yaşlı Rafael. Alsunun sözlərinə görə, boşanma onların uşaqları üçün əsl sarsıntı olub. Cütlüyün ayrılmasının rəsmi səbəbi açıqlanmasa da, Abramovun məşhur modellə eşq münasibəti haqqında xəbərlər yayılıb.
"Alsu" teqi üzrə xəbərlər
- Bakılı ərindən boşanan Alsu yeni romantik görüşlərə açıq olduğunu bildirib
- Alsu boşanmadan sonrakı həyatından danışıb
- Alsu ilk dəfə bakılı əri ilə boşanmasından danışdı
- Alsu boşandığı bakılı ərinə qarşı yeni iddialarla məhkəməyə müraciət edib
- Alsu boşandığı bakılı ərinin mənzilini əlindən almaq istəyir