Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Alsu boşanmadan sonrakı həyatından danışıb
Müğənni Alsu iş adamı Yan Abramovla boşanmadan sonrakı həyatından danışıb.
Oxu.Az bu barədə kp.ru-ya istinadən məlumat verir.
Sənətçinin sözlərinə görə, o, heç vaxt tam müstəqil olmayıb, çünki evliliyə qədər atasının, sonra isə ərinin himayəsində yaşayıb.
"Mənim üçün bu səhifəni çevirmək və yeni yola çıxmaq çox çətin idi. Nəhayət, qərar verdiyim çətin bir addım. Amma məlum oldu ki, mən düşündüyümdən daha güclüyəm. Məndə gizli qüvvələr, yeni nəfəs açıldı. Məlum oldu ki, qadınlar hər şeyi bacarır. Doğrudan. Biz super qızlarıq!" - deyə müğənni bildirib.
Alsu, həmçinin qeyd edib ki, musiqi onun üçün enerji mənbəyidir. "Mənə çoxlu təklif gəlir, özümü bütün istiqamətlərdə sınayıram. Çoxsaylı uçuşa, səhərə qədər çəkilişə baxmayaraq, iş mənə ilham verir", - deyə o əlavə edib.
"Alsu" teqi üzrə xəbərlər
- Bakılı ərindən boşanan Alsu yeni romantik görüşlərə açıq olduğunu bildirib
- Alsu ilk dəfə bakılı əri ilə boşanmasından danışdı
- Alsu boşandığı bakılı ərinə qarşı yeni iddialarla məhkəməyə müraciət edib
- Alsu boşandığı bakılı ərinin mənzilini əlindən almaq istəyir
- Alsu boşandığı bakılı ərinin xəyanət etdiyini təsdiqlədi
Rəylər