Məşhur rusiyalı müğənni Alsu keçmiş əri, Bakıda anadan olmuş iş adamı Yan Abramovla barışıb.
Oxu.Az xəbər verir ki, bu barədə onun vəkili Andrey Kryuçkov REN TV-yə müsahibəsində məlumat verib.
Beləliklə, Alsu əmlak bölgüsü işində güzəştə gedib.
Alsu və əri arasında əmlak bölgüsü ilə bağlı bugünkü dinləmə başa çatıb. Müğənni birgə əldə etdikləri əmlakla bağlı bir çox iddialarından imtina edib. Qeyd olunur ki, onun alacağı təzminatın məbləği ilkin olaraq bildiriləndən xeyli azdır.
Xatırladaq ki, Alsu və Abramov 2024-cü ilin mayında boşanmaq üçün məhkəməyə müraciət ediblər.