Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünyaya ölüm saçan virus Azərbaycanın bir addımlığında - VİDEO
Türkiyədə də 4500-ə yaxın adamın həyatına son qoyan Ebola virusuna yoluxma halı qeydə alına bilər.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, İstanbulda Mərmərə Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasına Ebola virusuna yoluxduğu ehtimal edilən xəstə gətirilib. Dünən axşam saatlarında xəstə gətirildikdən sonra xəstəxananın Təcili Tibbi Yardım Şöbəsi təxliyyə edilərək bağlanıb.
Karantinə alınan Təcili Tibbi Yardım Şöbəsinə heç bir xəstə qəbul olunmur. Xəstəxana personalı qoruyucu maska taxıb. Ebola virusuna yoluxduğu ehtimal edilən xəstənin digər xəstəxanaya köçürüləcəyi bildirilir.
Rəylər