Ötən gün Pirallahı yolunda avtomobil aşıb.
Oxu.Az xəbər verir ki, mercedes markalı 90xu979 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayaraq aşıb.
Aşan maşın qısa zamanda alışmağa başlayıb və sürücü içərisində qalıb. Ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb.
Mövcud vəziyyətdə zaman itirmədən həyatlarını təhlükəyə atan DYP əməkdaşları sürücünü yanan maşından xilas ediblər. Zəruri təhlükəsizlik tədbirləri görülməklə yanan avtomobil söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Посмотреть эту публикацию в Instagram
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
- Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
- Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olunub - VİDEO
- Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
- Bakı-Şamaxı yolunda qəzada ölən piyadanın KİMLİYİ MƏLUM OLDU - VİDEO
Digər xəbərlər