Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DYP rəsmisi maşını 200 km/s sürətlə sürən futbolçudan danışdı - VİDEO
Elə hərəkətlərə görə heç kim fəxr edə bilməz.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev, “Neftçi” klubunun gənc oyunçusu, icarə əsasında “Kəpəz” klubunda oynayan Vurğun Fərəczadənin avtomobili yüksək sürətlə idarə etməsi xəbərini şərh edərkən deyib.
DYP rəsmisinin sözlərinə görə, futbolçunun avtomobili yüksək sürətlə idarə etməsi faktı aşkar olunarsa qanun pozuntusu araşdırılacaq:
“Futbolçu yox, kim olursa olsun hər kəs yol qaydalarına riayət etməlidir və kimsə qayda pozuntusuna yol verirsə o, məsuliyyətdən kənarda qalmır. Elə hərəkətlərlə heç kim fəxr edə bilməz. Belə bir hərəkət heç bir qəhrəmanlıq tələb etmir, avtomobilin sürətlə getməsi insanın fiziki gücündən asılı olan bir hal deyil. Hər kəs bilir ki, avtomobilin yüksək sürətlə getməsi onun texniki göstəriciləri ilə bağlıdır. Buna görə yalnız avtomobil istehsal edən şirkət fəxr edə bilər. Ola bilər ki, futbolçu bunu sadəcə yazıb və biz sosial şəbəkələrdə yazılan yazıya görə idmançını məsuliyyətə cəlb edə bilmərik. Bununla bağlı futbolçunun paylaşdığı video və görüntülərə baxandan sonra qanun pozuntusu aşkar olunduğu halda o, məsuliyyətdən kənarda qalmayacaq”.
Qeyd edək ki, Milli.Az-ın yaydığı məlumata görə, “Neftçi” klubunun gənc oyunçusu, icarə əsasında “Kəpəz” klubunda top qovan, maşın “uçurdan” Vurğun Fərəczadə 150-160 km/saat, hətta bəzi məqamlarda 190 km/saat sürət ilə maşına “işgəncə” verərək idarə edib. Təsadüfi deyil ki, Vurğun Qubadan Bakıya 40 dəqiqəyə çatıb. Buna irad bildirən digər sürət ustası, yenə “Neftçi” klubunun futbolçusu Araz Abdullayev həmkarını yüksək sürətdən yayınmağa çağırıb.
Xatırladaq ki, Araz da iki qadını yüksək sürətlə idarə etdiyi maşınla vurmuşdu. Nəticədə qadınlardan biri vəfat etmişdi.
Elvin Əhmədov
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib