Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DYP səs siqnalları ilə bağlı xəbərdarlıq etdi
Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb.
İdarədən Oxu.Az-a daxil olan məlumatda deyilir:
“Son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur.
“Yol hərəkəti haqqında” Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;
2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.
Bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edirik”.
"DYP" teqi üzrə xəbərlər
- Bakıda işıqforun qırmızı işığına məhəl qoymayan avtobus sürücüsü cərimələndi
- Polis "Koroğlu"da reyd keçirdi, cərimələr yazıldı
- Bakıda sərnişin avtobusu beş avtomobilə çırpıldı: Daşıyıcı şirkət hadisənin səbəbini AÇIQLADI
- DYP əməkdaşlarını şərləyən sürücünün görüntüləri yayıldı
- Mərkəzi prospektdə qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI
Rəylər