Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"ƏDV ilə bağlı yeni qaydalar iş adamlarının fəaliyyətini daha da asanlaşdıracaq" - DEPUTAT
Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişiklik edib.
Edilən dəyişikliklə bağlı Oxu.Az-a danışan deputat Vüqar Bayramov qeyd edib ki, yerli idxaldan asılılığın aradan qaldırılması, yerli istehsalın stimullaşdırılması, istehlak bazarında qiymətlərin optimallaşdırılması konteksti bütövlükdə qəbul edilən qərarın və eyni zamanda, Vergi Məcəlləsinə son dəyişikliklərin əsas istiqamətləridir:
"Nazirlər Kabinetinin son qaydaları Vergi Məcəlləsinə edilən dəyişiklikdən irəli gəlir. Nəzərə alsaq ki, Vergi Məcəlləsinə edilən dəyişiklik bir tərəfdən sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, təşviq edilməsi, digər tərəfdən isə vergi intizamının genişləndirilməsini nəzərdə tutur, ƏDV-nin depozit hesabı və eyni zamanda, ƏDV depozit hesabına köçürülmələrlə bağlı da qaydaların təkmilləşməsi müşahidə olunur.
Yeni qaydalar iş adamlarının fəaliyyətinin daha asanlaşdırılmasına, xüsusən də ƏDV ödəyicisi olan və olmayan sahibkarların birgə fəaliyyətlərinin optimallaşdırılmasına imkan verəcək.
Burada Nazirlər Kabineti qaydaları təsdiq edir və həmin qaydalarda əsasən, daha çox texniki şərtlərdən, xüsusən də bir sıra sektorlar üzrə qəbzlərdə depozit hesabı ilə bağlı rekvizitlərin təqdim olunmaması, digər məlumatların təqdimatı tələbinin ləğv edilməsindən söhbət gedir. Bu, iş adamları üçün prosedurların asanlaşmasına gətirib çıxaracaq. Onların gəlirlərinin artması və fəaliyyətlərinin stimullaşdırılması baxımından vacib hesab olunur.
Qərar bütövlükdə Vergi Məcəlləsinə dəyişikliklərə uyğun olaraq qəbul edilməklə yanaşı, eyni zamanda, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə imkan verəcək. Burada məqsəd, həm də sahibkarların xərclərinin azaldılması və onların fəaliyyətinin genişləndirilməsinə nail olmaqdan ibarətdir".
Aygün Mirakif
"ƏDV" teqi üzrə xəbərlər
- Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
- "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub
- Bu xəbərləri qaçırmayın: 20.11.2024-ün ən mühüm hadisələri
- Bakının mərkəzində biabırçılıq: Qanun pozuntusuna görə jurnalistlərə rüşvət təklif etdilər
- Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısında DƏYİŞİKLİK