Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib
"Baku Marriott Hotel Boulevard"da Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilib. Regionun inşaat və əmlak sektorunda ən mühüm və nüfuzlu tədbirlərindən biri hesab edilən forum "Biznes Mərkəzi Klubu" və "Gbaru.com" platformasının təşkilatçılığı ilə baş tutub. "İnşaatda güc, əlaqələrdə birlik: dayanıqlı gələcəyə doğru!" şüarı ilə keçirilən forum Turan dövlətlərinin inşaat və əmlak sektorlarında əməkdaşlığını gücləndirmək məqsədi daşıyıb.
Açılış nitqini "Biznes Mərkəzi Klubu"nun İdarə Heyətinin sədri Rüfət Nadirli edərək forumun Turan dövlətlərinin inşaat və əmlak sektorlarında əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib. "Gbaru.com" platformasının təsisçisi İlkin Dövlətov çıxış edərək, tədbirin regional inşaat və əmlak bazarına strateji təsirini vurğulayıb. Daha sonra tədbirdə Milli Məclisin deputatları Müşfiq Cəfərov, Vüqar İskəndərov, Ceyhun Məmmədov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev və digər natiqlər Turan dövlətləri arasında iqtisadi inteqrasiyanın və sektorlararası əməkdaşlığın vacibliyini qeyd ediblər, tarix boyu bu birlik üçün səylərin göstərildiyi və hazırkı tendensiyaların bu əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac yaratdığını önə çəkiblər.
Daha sonra panel müzakirələri başlayıb. "Texnoloji dəyişimlər dövründə şəhərlərin gələcəyi" və "İnşaat və əmlak sektorunda maliyyənin idarə edilməsi" başlıqlı panel müzakirələrdə çıxış edən ekspertlər bu sahədəki trendləri və innovativ həllər barədə geniş açıqlamalar veriblər. Diskussiyalarda yeni bazar imkanlarının araşdırılması və Turan dövlətləri arasında investisiya axınının artırılması üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.
Forumda 500-dən çox müxtəlif şirkətlərin nümayəndələri iştirak edib. İştirakçılar arasında inşaat və əmlak sektorunun aparıcı şirkətləri, dövlət nümayəndələri və ekspertlər yer alıblar. Tədbirdə 10-dan çox yerli şirkətin stendlərinə baxış keçirilib.
Qeyd edək ki, innovativ yanaşmaların müzakirə edildiyi foruma "Altın Emlak", "Mister Wood", "Flyblast", "Markup" və "QSA" kimi nüfuzlu şirkətlər sponsorluq ediblər.
"Ceyhun Məmmədov" teqi üzrə xəbərlər
- Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün nə lazımdır?
- Şagirdlərin bilikləri hansı üsulla qiymətləndirilməlidir? - "Summativlərdə ciddi çatışmazlıq var"
- Metodistlər işdən çıxarılırlar - Onlara artıq ehtiyac yoxdur?
- Deputat: "Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir"
- "Sənəd dövründən sənət dövrünə keçirik" - Diplomsuzlar diplomlu kadrların haqqına girirlər?