Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əfsanəvi “Bakılı oğlanlar”ın 27 il əvvəlki möhtəşəm qələbəsi: Sabiq kapitan fəndini təkrar etdi - FOTO
27 il əvvəl əfsanəvi “Bakılı oğlanlar” komandası qalib gəldi və Şən və Hazırcavablar Klubunun Yay Kubokunun sahibi oldu.
1995-ci il sentyabrın 2-də Bakıdakı Respublika Sarayında (indiki Heydər Əliyev adına Saray – red.) “Bakılı oğlanlar” və “Odessa cənabları” komandaları arasında 25 illik yubileyləri şərəfinə oyun keçirildi.
Xatırladaq ki, Odessa və Bakı 1970-ci il mövsümünün finalında üz-üzə gəliblər. O zaman Bakı Odessaya bir xal fərqi ilə qalib gəlib. Lakin fərq az olduğu üçün 1995-ci ilin oyunu bir növ revanş hesab olunurdu.
Bakı komandasının uğuru 1995-ci ildə də təkrarlandı. Bakılıların keçmiş komandasının kapitanı Yuli Qusman əvvəlki oyunda fənd etmiş və taxma bığlarını çıxarmışdı. Bu oyunda isə fəndini təkrar etdi, ancaq bu dəfə təkcə bığını deyil, həm də taxma saqqalını çıxartdı.
Həmin sevincli anları xatırlayan əfsanəvi “Bakılı oğlanlar” ŞHK komandasının ən parlaq üzvlərindən biri, azərbaycanlı aktyor, publisist, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə Media.Az-a açıqlamasında bildirib ki, o gözəl oyunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ziyarət etmişdilər.
“Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyeva isə hətta həmin oyunda iştirak edirdi. Vida monoloqu ilə çıxış edən məhz o idi. Bunlar ən xoş xatirələrdir...” - deyə Bəhram Bağırzadə fikirlərini bölüşüb.
Xatırladaq ki, “Bakılı oğlanlar” komandası 1988-ci ildə mərhum Anar Məmmədxanov tərəfindən yaradılıb və Məmmədxanov onun kapitanı olub. “Bakılı oğlanlar” komandasına müxtəlif illərdə Bəhram Bağırzadə, Timur Vaynşteyn, Elçin Həmidov, Elçin Əzizov, Tahir İmanov, Cabir İmanov, Vado Korovin, Murad Dadaşov, Yana Nikitina və bir çox başqaları daxil olublar.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Rusiyanın televiziya kanalları Heydər Əliyev haqqında reportaj yayımladı
- Zaxarova Moskvada Heydər Əliyevin abidəsinin quraşdırılmasını mühüm mədəniyyət hadisəsi adlandırıb
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"
- Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol