Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əhali niyə istiliklə təchiz edilmir? – AÇIQLAMA
"Azərbaycanda 2-3 günə bütün qazanxanalar işə salınacaq və əhali istiliklə tam təchiz olunacaq".
Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
O qeyd edib ki, noyabrın 15-dən etibarən əhalinin istiliklə təmin olunmasına başlanılıb: "Bütün qazanxanalar mövsümə hazırdır. Qaz təchizatı açıldıqca qazanxanalar qrafikə qoşulur. 545 qazanxanın hamısı birdən qoşula bilməz, qaz təchizatı da, biz də tənzimləmələr aparmalıyıq. Sahələrdəki işçi qruplarının hamısı gücləndirilmiş iş rejimində işləyirlər. Qoşulmayan qazanxanalardan xəbərimiz var".
Qurumun sözçüsü bildirib ki, orta məktəblərdə payız tətili olduğu üçün bəzi məktəblər tətil vaxtı istiliyin verilməməsi üçün onlara müraciət edib: "Çünki içəridə axıntı ola bilər".
R.Əliyev sözlərinə görə, hələ qazanxanalar qoşulan ərazilərdən quruma heç bir şikayət daxil olmayıb.
O deyib ki, ötən mövsümdən borcu olan abunəçilər var: "Borcu olan vətəndaşlara xəbərdarlıq olunub. 10 gün müddətində borclarını ödəməsələr, onların mənzillərinə verilən istilik təchizatı dayandırılacaq".
A.M.
"Azəristiliktəchizat ASC" teqi üzrə xəbərlər
- "Azəristiliktəchizat"dan VƏD: "Ən qısa zamanda asfaltlama işləri başa çatdırılacaq"
- Paytaxtda bir neçə binanın istilik təchizatı kəsilib: Bir qurum digərindən cavab gözləyir
- Azərbaycanda 30-40 ilin ən soyuq qışı gözlənilir: Aidiyyəti qurumlar hazırdırlarmı?
- Xətai rayonunda istilik problemi nə vaxt həll ediləcək?
- Paytaxtda olan tam orta məktəb niyə istiliksiz qalıb?
Rəylər