Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, liseyin fəaliyyəti barədə baş nazir Əhməd Davudoğluna ətraflı məlumat verilib.
Türkiyənin baş naziri şagirdlərlə görüşüb, onlara hədiyyələr təqdim edib.
Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərindən, bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıqdan danışıb, liseyin kollektivinə müvəffəqiyyətlər arzulayıb.