Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində nəqliyyat sıxlığı xaotik vəziyyət yaradıb.
Bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Onlar bildirirlər ki, metronun çıxışında sürücülərin pərakəndə parkinqi səbəbindən piyadaların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Sakinlər qeyd edirlər ki, günün istənilən saatında eyni mənzərəni görmək mümkündür və yaranmış vəziyyət uzun müddətdir narazılığa səbəb olur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev