“Daş yuxular” romanı ilə böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylisli Azərbaycandan gedib.
Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a Ə.Əylislinin yaxın çevrəsindən məlumat verilib. Bildirilib ki, yazıçı bir neçə vaxtdır Azərbaycanı tərk edərək Türkiyəyə gedib.
Xalq yazıçısı adından məhrum edilən Ə.Əylisli hazırda Azərbaycanda olmadığını təsdiqləyib:
“Düz deyirlər, Azərbaycanda deyiləm, hazırda Türkiyənin Marmaris şəhərindəyəm”.
Türkiyəyə nə üçün getməsi ilə bağlı suala isə yazıçı cavab vermək istəmədiyini bildirib.